Fon der Leyendən Ukraynanın yeni baş nazirinə MÜRACİƏT

 16:12 16.07.2026     307

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynanın yeni Baş naziri Sergey Koretskini vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, Ursula fon der Leyen bu barədə sosial media hesabında paylaşım edib.

O bildirib: “Sergey Koretskini Baş nazir vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edirik. Ukrayna ilə səmərəli əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Əminik ki, siz Ukraynanın Avropaya inteqrasiyasını ölkənin transformasiya səylərinin mərkəzinə qoyacaqsınız”.

Von der Leyen vurğulayıb ki, Koretski qanunun aliliyi, enerji və digər əsas iqtisadi sahələrdə islahatların həyata keçirilməsi istiqamətində Avropa İttifaqının tam dəstəyinə arxalana bilər.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Ali Radası Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 12-də Baş nazir Yuliya Sviridenkonun vəzifədən azad edildiyini açıqlamışdı. O, bu postda bir ildən az müddət fəaliyyət göstərmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən