Zelenski etirazlara münasibət bildirdi: "İnsanların küçəyə çıxması haqlıdır"

 16:21 16.07.2026     220

Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə naziri Mixaylo Fedorovun istefası tələbi ilə keçirilən etiraz aksiyalarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Zelenskinin açıqlaması novyny.live teleqram kanalı tərəfindən yayımlanıb.

Ukrayna lideri bildirib ki, vətəndaşların etiraz etmək hüququ var. “İnsanlar küçəyə çıxmaq istəyirdilər və bu, haqlı olaraq belə idi”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, hakimiyyət cəmiyyətin reaksiyasını diqqətlə izləyir və buna uyğun addımlar atır. Zelenski qeyd edib ki, Ukrayna söz azadlığı və demokratiya uğrunda mübarizə aparır, buna görə də müharibə şəraitində belə vətəndaşların öz mövqelərini sərbəst şəkildə ifadə etmək hüququ qorunmalıdır.

Qeyd edək ki, bundan əvvəl Ukraynada müdafiə naziri Mixaylo Fedorovun istefası tələbi ilə etiraz aksiyalarının keçiriləcəyi elan olunmuşdu. Yerli media bu çağırışları ötən il Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) müdafiəsi məqsədilə keçirilən və "karton inqilabı" adlandırılan etirazlarla müqayisə edib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən