ABŞ zərbələrindən sonra Əhvazdakı xəstəxana təxliyə edildi

 16:40 16.07.2026     212

ABŞ qüvvələrinin İranın Əhvaz şəhərində həyata keçirdiyi hava zərbələrindən sonra "Shahid Baghaei" xəstəxanası təxliyə edilib.

Redaktor.az xəbər verir ki, hücumlar nəticəsində tibb müəssisəsinin təhlükəsizliyini təmin etmək məqsədilə xəstələrin təxliyəsinə başlanılıb.

Məlumata görə, xəstəxanada müalicə alan bütün pasiyentlər təhlükəsizlik tədbirləri çərçivəsində digər tibb müəssisələrinə köçürülüblər.

Bildirilir ki, baş verən hadisədən sonra "Shahid Baghaei" xəstəxanasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən