İran ABŞ ilə razılaşma əldə etmək niyyətindədir - Ağ Ev

 23:10 16.07.2026     347

ABŞ administrasiyası İranla dialoqun davam etdiyini və Tehranın razılaşma əldə etmək niyyətində olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

Onun sözlərinə görə, İran ABŞ ilə danışıqları aktiv şəkildə davam etdirir və Vaşinqtonla razılığa gəlmək istədiyini bəyan edir.

"İran ABŞ ilə danışıqları fəal şəkildə davam etdirir və bizimlə razılaşma əldə etmək niyyətində olduğunu bildirir", - deyə Livitt vurğulayıb.

Ağ Ev rəsmisi hesab edir ki, Tehranın bu mövqeyi ABŞ Silahlı Qüvvələrinin İran obyektlərinə endirdiyi intensiv zərbələrdən sonra formalaşıb.

Livitt əlavə edib ki, çıxışından az əvvəl bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında təmaslar hazırda da davam edir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən