Avropada Ukraynaya dəstək kursuna etiraz edən ölkələrin sayı artır - Zaxarova
Avropada getdikcə daha çox ölkə Brüsselin Ukraynaya uzunmüddətli dəstək siyasətini davam etdirmək imkanlarının olmadığını açıq şəkildə etiraf edir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Ukrayna – Şərqi Avropa" sammiti ilə bağlı şərhində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının üzv ölkələrindən Ukraynaya davamlı dəstək göstərilməsi tələbi artıq əvvəlki kimi işlək deyil.
"Avropada Brüsselin Ukraynaya sonsuz dəstək kursuna sadiq qalmaq imkanının olmadığını açıq şəkildə etiraf edən ölkələrin sayı artır", – deyə Zaxarova bildirib.
Rusiya XİN rəsmisi əlavə edib ki, Moskvanın fikrincə, "anti-Rusiya" layihəsini təşviq etmək məqsədi daşıyan regional platformaların da səmərəsizliyi getdikcə daha aydın görünür.
Zaxarova həmçinin iddia edib ki, Cənub-Şərqi Avropa ölkələrinin ictimaiyyəti Qərbin planlarının mahiyyətini gördüyünü və bunun Avropada genişmiqyaslı münaqişə riski yaratdığını anlayır.
Xədicə BAXIŞLI













