Trampın xalq müraciətinin əsas SƏBƏBİ

 09:57 17.07.2026     234

ABŞ Prezidenti Donald Trampın "Birliyin Vəziyyəti" adlı çıxışının iki əsas məqsəd daşıdığı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, Trampın ilk məqsədi Amerikanın Xilas Edilməsi Qanununa dəstək qazanmaq olub. O bildirib ki, federal qurumlar seçici siyahılarının yenidən nəzərdən keçirilməsi və səsvermədə iştirak etmək hüququ olmayan şəxslərin siyahılardan çıxarılması üçün ştat və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etməlidir.

Nəşr yazır ki, Trampın ikinci məqsədi isə 2020-ci il prezident seçkiləri ilə bağlı iddialarını yenidən gündəmə gətirmək olub. Bir neçə seçki kampaniyasında çalışmış respublikaçı sorğuçunun sözlərinə görə, hətta seçkilərdə problemlərin olduğunu düşünən seçicilər belə, Tramp bu mövzuya toxunanda buna skeptik yanaşırlar.

Xatırladaq ki, Donald Tramp daha əvvəl xalqa müraciəti zamanı ABŞ seçki sistemində ciddi zəiflikləri üzə çıxardığını iddia etdiyi kəşfiyyat sənədlərinin məxfiliyinin ləğv edildiyini açıqlamış, seçkilərə xarici müdaxilənin ölkəyə böyük ziyan vurduğunu bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən