İran ABŞ-nin "Patriot" sistemini VURDU

 11:10 17.07.2026     202

İranın İraqda ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə raket sistemini məhv etdiyi iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Military Chronicle" teleqram kanalı məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, yeni peyk görüntüləri İranın cavab zərbələri zamanı İraq Kürdüstanındakı Ərbil hava limanında yerləşən ABŞ-nin "Patriot" raketdən müdafiə sistemini vurduğunu göstərir.

Bildirilib ki, hücumun "Shahed-131/136" tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş ola biləcəyi ehtimal edilir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən