NATO rəsmisi Fedorovun istefası barədə: "Bunu gözləmirdim"
NATO Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun vəzifəsindən azad edilməsindən təəccübləndiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
NATO rəsmisi Fedorovun fəaliyyətini yüksək qiymətləndirərək onun alyans tərəfindən bəyənilən bir şəxs olduğunu qeyd edib.
"Biz onu sevirdik, o, əla iş gördü. Mən bunu - Fedorovun işdən çıxarılmasını - gözləmirdim", - deyə adının açıqlanmasını istəməyən NATO rəsmisi bildirib.
Avropanın yüksək vəzifəli müdafiə rəsmilərindən biri Fedorovu "çox təsirli" şəxs kimi xarakterizə edib və onu "əsasən mexaniki dünyada rəqəmsal mütəxəssis" adlandırıb.
Almaniyanın müdafiə naziri Boris Pistorius da Fedorovun fəaliyyətini yüksək qiymətləndirərək, onun işini Ukraynanın son nailiyyətləri ilə əlaqələndirib.
Xatırladaq ki, bundan əvvəl Kiyev və Ukraynanın bir sıra digər şəhərlərində sakinlərin ölkənin müdafiə naziri Mixaylo Fedorovun vəzifədən azad edilməsini dəstəkləmək üçün küçələrə çıxdığı bildirilmişdi.
Aminə ŞAHSUVARQIZI













