Çindən Trampın ABŞ seçkilərinə müdaxilə ittihamlarına CAVAB
Çin ABŞ Prezidenti Donald Trampın Pekinin ABŞ seçkilərinə müdaxilə etməsi ilə bağlı iddialarını uydurma və böhtan adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian açıqlama verib.
Diplomat bildirib ki, ABŞ tərəfinin bu cür bəyanatları "tamamilə uydurma və qərəzli böhtandır".
Lin Cian qeyd edib ki, Pekin digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiqdir və heç vaxt ABŞ-də seçkilərin nəticələrinə təsir göstərməyə cəhd etməyib.
Xatırladaq ki, Donald Tramp daha əvvəl xalqa müraciəti zamanı Çinin 220 milyon amerikalı seçicinin şəxsi məlumatlarına qanunsuz giriş əldə etdiyini və bunun tarixdə ən böyük məlumat oğurluğu olduğunu iddia etmişdi.
Aminə ŞAHSUVARQIZI













