Polşa Prezidenti eynicinsli nikahlara yol aça biləcək qanun layihəsini imzalamadı

 13:12 17.07.2026     201

Polşa Prezidenti Karol Navrotski ölkədə eynicinsli nikahların qanuniləşdirilməsini nəzərdə tutan “Ən yaxın şəxsin statusu haqqında” Qanun layihəsini imzalamaqdan imtina edib. 

Reedaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında məlumat yayıb.

Navrotski izah edib ki, bu qanun ailə hüququnda ər-arvadın hüquqlarına yaxın geniş hüquq spektrinə malik yeni formalaşdırılmış institutun yaradılmasını nəzərdə tutur. Prezidentin sözlərinə görə, bu, başqa bir “nikah” formasına hüquqi yol aça bilər. 

Dövlət başçısı vurğulayıb ki, o, Konstitusiyanın qarantı olaraq Polşa Konstitusiyasının 18-ci maddəsində kişi və qadının ittifaqı kimi təsvir edilən, həmçinin dövlətin himayəsi və qayğısı altında olan nikahın xüsusi statusunun itirilməsinə gətirib çıxaracaq qərarları təsdiqləyə bilməz.

Vumart və Güvən reklamı Vumart Güvən