Trampın ittihamı Çinlə münasibətlərə mənfi təsir göstərə BİLƏR

 13:32 17.07.2026     239

ABŞ Prezidenti Donald Trampın Çini ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham etməsi iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Çin hələlik Prezident Si Cinpinin Vaşinqtona səfərini təsdiqləməyib. Məlumata görə, Pekin ABŞ administrasiyasına qeyri-rəsmi şəkildə liderlər arasında gələcək görüşlərin müsbət münasibətlərin qorunmasından asılı olduğunu çatdırıb.

Agentlik qeyd edir ki, Donald Trampın son açıqlamaları son aylarda ABŞ və Çin arasında formalaşmış kövrək sabitliyi poza və tərəflər arasında gərginliyi yenidən artıra bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən