Moskvadan Trampın iddialarına cavab: Daxili işlərə qarışmırıq

 16:10 17.07.2026     231

Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev ABŞ Prezidenti Donald Trampın seçkilərə müdaxilə ilə bağlı ittihamlarına münasibət bildirib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, o, açıqlamasında Rusiyanın nə ABŞ-nin, nə də digər dövlətlərin daxili siyasi işlərinə qarışdığını deyib.

Kosaçev bildirib ki, ABŞ tərəfindən səsləndirilən ittihamları təsdiqləyən kifayət qədər dəlil yoxdur. Onun sözlərinə görə, Rusiyaya qarşı bu cür iddialar artıq Amerika siyasətində ənənəvi hal alıb.

"Bu cür ittihamların heç bir əsası yoxdur. Hətta bu sui-qəsd nəzəriyyələrini irəli sürənlər belə dəlil axtarmağa ehtiyac duymurlar", – deyə rusiyalı senator vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən