Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq etdi

 18:27 17.07.2026     222

Avropa İttifaqı (Aİ) ilk dəfə Rusiyaya qarşı Kiyevə iyulun 1-i və 5-də endirilən ölümcül raket və pilotsuz uçuş aparatları zərbələrinə görə yeni sanksiyalar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər bir fiziki və beş hüquqi şəxsə şamil olunub.

Brüssel bu strukturların Rusiyanın hərbi-sənaye kompleksinin tərkib hissəsi olduğunu və pilotsuz uçuş aparatlarının istehsalında iştirak etdiyini vurğulayıb.

Aİ-nin məlumatına görə, bu müəssisələr Rusiyanın pilotsuz uçuş aparatlarında istifadə olunan elektron və radioelektron komponentlərin hazırlanması və istehsalı ilə məşğuldur.

Vumart və Güvən reklamı Vumart Güvən