Aleksandr Maslyakovun həyat yoldaşı vəfat ETDİ
"Şən və Hazırcavablar Klubu" (KVN) proqramının rejissoru və KVN-in keçmiş rəhbəri, mərhum Aleksandr Maslyakovun arvadı Svetlana Maslyakova vəfat edib.
Redaktor.az-ın xəbərinə görə, bu barədə KVN-dən məlumat verilib.
Qeyd olunub ki, o, 78 yaşında dünyasını dəyişib.
S.Maslyakova həyat yoldaşı Aleksandr Maslyakovla birlikdə ölkənin əsas yumoristik liqasını yaradıb.













