ABŞ İsrailə əlavə yanacaqdoldurma təyyarələri göndərir
ABŞ İsrailə əlavə olaraq onlarla yanacaqdoldurma təyyarəsi göndərir.
Redaktor.az “The Times of Israel”ə istinadla məlumat verir ki, təyyarələr Ben Qurion hava limanında yox, İsrailin hərbi bazalarında yerləşdiriləcək.
Bu addımın mülki nəqliyyat marşrutlarında meydana çıxa biləcək maneələri minimallaşdırmaq üçün atıldığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl İsrail Nəqliyyat Nazirliyi Ben Qurion hava limanında yerləşdirilə biləcək yanacaqdoldurma təyyarələrinin sayını 20-yə qədər məhdudlaşdırıb.













