ABŞ bu gecə hücum edərsə, Dubay və Əbu-Dabi aeroportları dərhal boşaldılmalıdır - İranlı hərbi mənbə

 18:38 18.07.2026     257

İran ABŞ-yə bu gecə mümkün hücumlarla bağlı xəbərdarlıq edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “Fars” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

“Əgər ABŞ bu gecə ölkəmizin mülki infrastruktur obyektlərini hədəfə alarsa, İranın cavab zərbələri zamanı vətəndaşların həyatının qorunması üçün Dubay və Əbu-Dabi hava limanları, həmçinin Füceyrə və Cəbəl Əli limanları dərhal təxliyə edilməlidir”, - İran ordusunun nümayəndəsi ABŞ-nin İrana qarşı hər hansı hərbi addımının nəticələri barədə xəbərdarlıq edərək bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən