İran "MQ-9" PUA-sını VURDU

 11:26 20.07.2026     321

İran qərbində "MQ-9" tipli pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin qərbində yerləşən Kirmanşah əyalətinin İslamabad-e Qərb şəhəri üzərində uçuş həyata keçirən "MQ-9" tipli pilotsuz uçuş aparatının hədəf alınaraq məhv edildiyini bildirib.

Qeyd olunub ki, hadisə yerli vaxtla bölgənin hava məkanında qeydə alınıb. PUA-nın mənsubiyyəti və hansı məqsədlə uçuş həyata keçirdiyi barədə hələlik ətraflı məlumat verilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən