Netanyahunun ABŞ də həbs olunması təhlükəsi yoxdur - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ ərazisində həbs olunması riski yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Nyu-York meri Zoxran Mamdaninin açıqlamalarına cavab olaraq yazıb.
“Binyamin Netanyahu ABŞ də olduğu müddətdə heç bir halda və heç bir formada həbs edilməyəcək”.
Qeyd edək ki, bundan əvvəl Mamdani Netanyahu Nyu-Yorka səfər edəcəyi təqdirdə, BCM-in orderi əsasında onun saxlanılmasının qanuniliyini hüquqşünaslarla müzakirə etdiyini bildirib.
Xədicə BAXIŞLI













