Lavrov BMT-nin baş katibliyinin namizədi ilə GÖRÜŞDÜ

 22:12 20.07.2026     252

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin yeni baş katibi vəzifəsinə namizədlərdən biri olan Seneqalın sabiq prezidenti Maki Sall ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Maki Sall seçkiqabağı proqramını təqdim edib. Lavrov isə ona BMT-nin ali vəzifəsinə namizədlərə Rusiyanın irəli sürdüyü tələbləri izah edib.

Tərəflər, həmçinin BMT-nin beynəlxalq münasibətlərdə mərkəzi rolunu qoruyub saxlamağa sadiq olduqlarını təsdiqləyiblər.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən