Böyük Britaniyanın yeni baş naziri xarici işlər nazirini təyin ETDİ
Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem keçmiş energetika naziri Ed Milibəndi ölkənin xarici işlər naziri təyin edib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazirin Ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Ed Milibənd Xarici İşlər Nazirliyinə rəhbər təyin olunub. O, 2025-ci ilin sentyabrından bu vəzifəni icra edən İvett Kuperi əvəz edib.
Eyni zamanda, ölkənin keçmiş müdafiə naziri Con Hili maliyyə naziri vəzifəsinə gətirilib.
Xatırladaq ki, Endi Bernem iyulun 20-də Kral III Çarlzdan hökuməti formalaşdırmaq səlahiyyəti alaraq Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, iyunun 22-də Kir Starmer baş nazir postundan istefa verəcəyini açıqlamışdı. O, rəhbərlik etdiyi Leyboristlər Partiyasının parlament fraksiyasının onu növbəti ümumi seçkilər üçün ən uyğun namizəd hesab etmədiyini bildirdiyini və bu qərarla razılaşdığını qeyd etmişdi.
Xədicə BAXIŞLI













