ABŞ nüvə sınaqlarını bərpa etsə, Rusiya nə edəcək?

 08:48 21.07.2026     286

ABŞ nüvə silahları ilə bağlı praktiki sınaqları bərpa edərsə, Rusiya da nüvə sınaqlarına başlamağa hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Andrey Klimov bildirib.

Onun sözlərinə görə, Rusiyanın nüvə silahları üzrə eksperimental işləri davam etdirmək üçün bütün imkanları var. Lakin Moskva nüvə sınaqları üzərində nəzarətin itirilməsinin qlobal risklər yarada biləcəyini nəzərə alaraq bu addımı atmır.

Klimov qeyd edib ki, ABŞ nüvə sınaqlarını bərpa edəcəyi təqdirdə Rusiya da analoji addım atmağa hazırdır.

Senator bəzi ekspertlərin Rusiyanın nüvə potensialını nümayiş etdirmək üçün sınaq partlayışı keçirmək təklifini də rədd edib. O bildirib ki, Rusiyanın qətiyyətini nümayiş etdirməyin başqa yolları da mövcuddur.

Klimov vurğulayıb ki, belə qərarlar şou xarakteri daşımır və ölkənin dünyadakı rolu və mövqeyi nəzərə alınmaqla ən yüksək səviyyədə qəbul edilməlidir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən