ABŞ-İran qarşıdurmasında yeni mərhələ: İsrail Trampı razı salmağa çalışır

 11:00 21.07.2026     189

İsrailin ABŞ-ni İrana qarşı tammiqyaslı hücumları bərpa etməyə inandırmağa çalışdığı iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İranın silah proqramlarını və yenidənqurma səylərini zəiflətmək üçün Tehrana qarşı yeni hücumlara başlamağa inandırmağa çalışır.

Nəşr yazır ki, İsrail kəşfiyyatı ABŞ-yə İranın Natanz yaxınlığında, Kirka dağının altındakı yeraltı tunellərlə bağlı məlumatlar ötürüb. Bildirilir ki, tunellərin dərinliyi 140 metrə çatır və burada uranın zənginləşdirilməsi üçün sentrifuqaların yerləşdirildiyi iddia olunur.

İsrail rəhbərliyinin hesablamalarına görə, bu məlumatlar ABŞ-nin İranla bağlı gələcək qərarlarına təsir göstərə və Vaşinqtonu Tehrana qarşı daha güclü zərbələr endirməyə sövq edə bilər.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən