"İsrail ABŞ-nin İrana qarşı əməliyyatlarına qoşulmaq istəmir" - Smotriç

 15:17 21.07.2026     195

İsrailin maliyyə naziri Bezalel Smotriç ölkəsinin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına qoşulmaqda maraqlı olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Smotriç açıqlamasında ABŞ və İran arasında davam edən qarşıdurmanın məhdud çərçivədə qalmasının İsrail üçün daha əlverişli olduğunu qeyd edib.

“İranla ABŞ arasındakı münaqişənin məhdud olduğu hazırkı vəziyyət bizim üçün doğru və ən yaxşısıdır. Bizim müdaxilə etmək istəyimiz yoxdur”, - deyə İsrail rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəl “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən İsrailin İranın hərbi imkanlarını zəiflətmək məqsədilə ABŞ-ni İrana qarşı genişmiqyaslı hücumları yenidən başlatmağa inandırmağa çalışdığını yazmışdı.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən