ABŞ ordusunun büdcə ehtiyatları yaxın həftələrdə tükənə BİLƏR
İranla davam edən müharibə fonunda ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) öz büdcəsini sürətlə xərcləyir. Bəzi vacib xərclər üzrə maliyyə vəsaitləri isə yaxın həftələr ərzində tamamilə tükənə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Pentaqon döyüş hazırlığını qoruyub saxlamaq məqsədilə təlim xərclərinə qənaət etmək məcburiyyətində qalıb.
Qeyd olunur ki, ABŞ-nin Hərbi Dəniz və Hərbi Hava qüvvələri 2026-cı ilin büdcəsi çərçivəsində bəzi ayrılmış vəsaitləri artıq iyulun sonuna qədər xərcləyə bilər. Son həftələrdə Pentaqon silahların alınması və təlimlərə ayrılan 4.3 milyard dolların daha təcili prioritetlərin maliyyələşdirilməsinə yönəldilməsi üçün Konqresdən icazə istəyib və hazırda cavab gözləyir.













