Britaniya elektron viza sisteminə KEÇİR

 20:37 21.07.2026     246

Böyük Britaniya iyul ayından etibarən tamamilə elektron vizalara keçib, onlar artıq vərəq formasında pasportlara əlavə edilməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın Moskvadakı səfirliyinin məlumatında deyilir.

"2026-cı ilin iyul ayından etibarən yeni müraciət edənlərə viza-vinyetlərin verilməsi dayandırılacaq. Əvvəllər vərəq formasında olan və müddəti bitməmiş viza-vinyetlər bitmə tarixinə qədər səyahət üçün qəbul ediləcək. Buna görə də Böyük Britaniyanın rəqəmsal immiqrasiya statusunun təsdiqlənməsi sisteminə keçidinin başa çatması ilə əlaqədar olaraq, viza-vinyetlər artıq verilməyəcək", - deyə sənəddə bildirilir.

Qeyd olunur ki, yeni viza ərizəsi təqdim edən bütün digər səyahətçilərə elektron viza (eVisa) veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən