Livan Prezidenti Trampla İsrail qoşunlarının çıxarılmasını müzakirə EDƏCƏK

 21:42 21.07.2026     217

Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə İsrail qoşunlarının ölkənin cənubundan çıxarılması məsələsini müzakirə edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Beyrutdakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Aun Livan ərazisində yerləşən İsrail qüvvələrinin ölkədə qalma müddətini məhdudlaşdıracaq dəqiq vaxt çərçivəsinin müəyyən edilməsində israr edəcək.

Məlumata əsasən, Donald Tramp təhlükəsizlik zəmanətləri müqabilində "Hizbullah" hərəkatının silahsızlaşdırılmasını tələb edə bilər.

Tərəflərin görüşündə həmçinin Livan iqtisadiyyatının bərpası, regional sabitliyin təmin olunması məqsədilə ölkənin milli ordusunun yenidən silahlandırılması və İsraillə çərçivə sazişinin icrası ilə bağlı məsələlərin də müzakirə ediləcəyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən