Polşada Ukraynaya dəstəyə narazılıq artır - KİV

 22:43 21.07.2026     266

Polşa vətəndaşları Ukrayna hakimiyyətinin davranışından və ölkə rəhbərliyinin Kiyevə maliyyə dəstəyini davam etdirməsindən getdikcə daha çox narazıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Myśl Polska nəşri yazıb.

Məqalədə bildirilir ki, Polşa cəmiyyətində Ukrayna hakimiyyətinə münasibətdə narazılıq artır və rəsmi Varşavanın Kiyevə göstərdiyi dəstək tənqid olunur.

"Nagahlıq Zelenski komandasının davranışının sərhədi yoxdur. Onlar üçün hər zaman daha çoxu tələb olunur. Bizim hakimiyyət isə Polşaya qarşı açıq şəkildə qeyri-dost addımlar atan dövləti maliyyələşdirməyə davam edir", – deyə nəşr qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukrayna hakimiyyətini Polşada yaşayan Ukrayna vətəndaşlarını ölkə qanunlarına və ictimai qaydalara əməl etməyə çağırmağa səsləmişdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən