Qarşıdakı qış Ukraynanın enerji sistemi üçün çətin olacaq - PROQNOZ

 23:29 21.07.2026     385

Qarşıdan gələn qış mövsümünün Ukraynanın enerji sistemi üçün mürəkkəb keçəcəyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "Strana.ua"nın "Telegram" kanalı "Ukrenerqo"ya istinadən məlumat yayıb.

Məlumata görə, zədələnmiş enerji obyektlərinin bərpası davam etsə də, görülən işlərin həcmi itirilmiş enerji güclərini tam kompensasiya etmək üçün kifayət etmir. Bildirilir ki, havanın temperaturunun mənfi 10 dərəcəyədək enməsi belə enerji sistemi üçün kritik vəziyyət yarada bilər.

Qeyd edək ki, daha əvvəl "Ukrenerqo"nun Pasxa bayramı günlərində elektrik enerjisinin kəsilməyəcəyi ilə bağlı vədindən sonra Odessanın bəzi ərazilərində elektrik enerjisi kəsilmişdi.

Xatırladaq ki, ötən ilin sonlarında da Odessada elektrik kəsintilərinə görə etiraz aksiyaları keçirilmiş, Yeni il ərəfəsində sakinlər elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz olaraq avtomobil yolunu bağlamışdılar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən