Paşinyan Ermənistanı pəncərəyə dəyən quşla müqayisə ETDİ

 23:38 21.07.2026     427

Ermənistanın Baş naziri Nikol Paşinyan kiçik quş haqqında məsəllə ölkənin tarixi inkişaf yolu ilə bağlı fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, o, bununla bağlı videonu özünün "Telegram" kanalında yayımlayıb.

Videoda otağa düşən kiçik bir quşun bayıra çıxmağa çalışarkən dəfələrlə bağlı pəncərəyə çırpıldığı görünür.

"Bu quş otağa girib və artıq yeddi-səkkiz saatdır ki, qarşısında açıq məkan gördüyü üçün pəncərəyə çırpılır, çıxmağa çalışır", – deyə Paşinyan videonu şərh edib.

Baş nazir qeyd edib ki, pəncərə bağlı olduğu üçün quş bu yolla çıxa bilmir. Halbuki yaxınlıqda açıq qapı var.

"Tariximiz haqqında bilməli olduğumuz məhz budur", – deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan da məqsədlərinə çatmaq üçün köhnə yanaşmaları yenidən nəzərdən keçirməli və yeni yollar axtarmalıdır.

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən