Türkiyədə helikopter qəzası - Polkovnik öldü
Ankaranın Temelli rayonunda təlim helikopteri qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, R44 tipli helikopterin qəzaya uğraması nəticəsində xəsarət alan iki nəfərdən biri - pilot, təqaüdçü polkovnik Yasaözden Bakkal həyatını itirib.
Qəza ilə bağlı istintaq başlanıb və işə iki dövlət prokuroru təyin edilib.
Əraziyə çoxsaylı xilasetmə qrupları göndərilib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.













