ABŞ Ukrayna münaqişəsini həll edə biləcək yeganə ölkədir - Rubio

 14:42 22.07.2026     196

ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin həlli ilə bağlı açıqlama verib.

Redaktor.az məsələ ilə bağlı xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Rubio ABŞ-nin hazırda Ukrayna münaqişəsini həll edə biləcək yeganə ölkə olduğunu bildirib.

“Biz, yəqin ki, dünyada belə bir rol oynaya və bu münaqişəyə son qoymağa çalışa biləcək yeganə ölkəyik”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Rubio əlavə edib ki, rusların da bu fikirlə razılaşacağını düşünür.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən