Ukrayna münaqişəsi Rusiya və ABŞ-nin razılığa gəlməsinə mane olur
ABŞ dövlət katibi Marko Rubio Rusiya və ABŞ münasibətləri ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, Rubio Ukraynadakı münaqişənin iki ölkənin digər məsələlərdə ortaq məxrəcə gəlməsinə mane olduğunu bildirib.
“Ukraynadakı münaqişənin Rusiya və ABŞ-nin digər məsələlərdə ortaq məxrəc tapmasına böyük dərəcədə mane olduğu aydındır”, – deyə Rubio qeyd edib.
ABŞ dövlət katibi əlavə edib ki, buna baxmayaraq, Moskva və Vaşinqton mümkün əməkdaşlıq üçün yeni sahələr axtarmağa davam edir.
Aytəkin TOFİQQIZI













