Makron nazirin istefasını qəbul etmədi

 18:27 22.07.2026     217

Fransa Prezidenti Emmanuel Makron ekoloji keçid naziri Monik Barbyunun istefa ərizəsini rədd edib.

Redaktor.az Fransa mediasına istinadən xəbər verir ki, dövlət başçısının dəstəyindən sonra nazir hökumətdə fəaliyyətini davam etdirməyə razılaşıb.

Qeyd edək ki, M.Barbyu kənd təsərrüfatında əvvəllər qadağan olunmuş pestisidlərin istifadəsinə icazə verən yeni qanun layihəsinin qəbuluna etiraz edərək istefa qərarı almışdı.

O, hökumətin bu zərərli düzəlişin qarşısını almaqla bağlı verdiyi vədi yerinə yetirmədiyini bildirmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən