Zelenski Trampın xüsusi nümayəndələri ilə Ukrayna müharibəsinii müzakirə ETDİ

 23:02 22.07.2026     332

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri ilə Ukraynada müharibənin dayandırılması istiqamətində diplomatik səylərin bərpasını müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Axios nəşrinin jurnalisti Barak Ravid sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Zelenski Ağ Evin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə telefon danışığı aparıb.

"Prezident Zelenski bu gün Trampın xüsusi nümayəndələri Uitkoff və Kuşnerlə danışaraq müharibənin başa çatdırılması üçün diplomatik səylərin necə bərpa oluna biləcəyinə dair ideyaları müzakirə edib", – deyə Barak Ravid bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə iyulun 23-də görüşəcəyini açıqlayıb. Onun sözlərinə görə, görüş zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı hazırkı mövqeyi müzakirə olunacaq.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Kortes Ukraynada sülhün danışıqlar yolu ilə əldə edilməsinin vacibliyini vurğulayıb. O, həmçinin ölkədə yeni prezident seçkilərinin keçirilməsinin zəruri olduğunu bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən