15 yaşdan kiçik uşaqlara sosial şəbəkələr qadağan edilir - Bu ölkədə
Fransa Avropa İttifaqında 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən ilk ölkə olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə CTV News məlumat yayıb.
Bildirilib ki, qanun layihəsi Fransa parlamentinin hər iki palatası tərəfindən dəstəklənib. Ölkə Prezidenti Emmanuel Makron yeni məhdudiyyətlərin sentyabrın 1-dən, yeni tədris ilinin başlanğıcı ilə qüvvəyə minəcəyini gözləyir.
Qanuna əsasən, onlayn platformalar 15 yaşdan kiçik istifadəçilərin hesablarını bloklamalı və onlar üçün hədəflənmiş reklamların göstərilməsini dayandırmalıdır. Məhdudiyyətlər təhsil məqsədli xidmətlər istisna olmaqla, demək olar ki, bütün sosial şəbəkələri əhatə edəcək.
Bundan əlavə, Fransada bir neçə ailə TikTok platformasına qarşı məhkəmə iddiası qaldırıb. Onlar yeniyetmələr arasında baş verən bəzi intiharların platformada yayılan təhlükəli məzmunla əlaqəli ola biləcəyini iddia edirlər.
Xədicə BAXIŞLI













