Rusiya Ukrayna ordusuna aid gəmilərə zərbələr endirdiyini AÇIQLADI

 23:50 22.07.2026     288

Rusiya hərbçiləri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunduğu iddia edilən beş yük gəmisinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.

Bildirilib ki, zərbələr Qara dəniz akvatoriyasında və Çernomorsk limanında dörd quru yük gəmisi (quru yükdaşıyan gəmi) və bir balker tipli gəmiyə endirilib.

Nazirliyin məlumatına görə, iyulun 22-də "Geran-4 Siker" pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilən hücumlar hərbi təyinatlı yüklərin Ukrayna Silahlı Qüvvələrinə çatdırılmasında istifadə olunduğu iddia edilən gəmiləri hədəf alıb.

Rusiya Müdafiə Nazirliyi zərbələr nəticəsində bütün hədəflərin vurulduğunu iddia edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən