İran Küveytdəki ABŞ hərbi bazalarını yenidən bombaladı - Ölənlər var

 10:39 23.07.2026     235

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt ərazisində yerləşən iki ABŞ bazasındakı hərbi obyektlərə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə SEPAH-a istinadən İran dövlət teleradio şirkəti məlumat yayıb.

"Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" dronlarının saxlanıldığı anqar hədəfə alınıb. Bundan əlavə, "Əl-Adiri"də iki helikopter anqarına da zərbələr endirilib.

SEPAH-ın məlumatına görə, hücum nəticəsində bir neçə hərbi qulluqçu ölüb və yaralanıb, texnikaya ciddi ziyan dəyib. Regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu bildirilib.

"Doha bazasında sursat anbarına, ABŞ ordusunun maddi-texniki təminat mərkəzinə, "Əli əs-Saləm"dəki yanacaq çənlərinə və Küveytdəki "Arifcan" bazasının sursat anbarına PUA-larla kütləvi zərbələr endirdik", - deyə SEPAH-ın bəyanatında qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən