Rubio Lavrovla söhbətini “səmimi” adlandırdı

 12:37 23.07.2026     241

ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla “yaxşı və səmimi söhbət” etdiyini bildirib.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.

“Yaxşı və səmimi söhbətimiz oldu”, - deyə Rubio bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, o, rusiyalı həmkarı ilə Ukrayna münaqişəsinin həllini müzakirə edib. Rubio ABŞ-nin sülh prosesində konstruktiv rol oynamağa hazır olduğunu qeyd edib.

Bununla belə, o əlavə edib ki, Ukraynadakı münaqişənin həlli üçün yeni ideya və təkliflərə ehtiyac var.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən