Zaxarova Ed Milibandın xarici işlər naziri təyin olunmasını istehza ilə şərh etdi

 12:48 23.07.2026     234

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Milibandın təyinatına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Zaxarova bu barədə açıqlamasında Ed Milibandın qardaşı, Böyük Britaniyanın keçmiş xarici işlər naziri Devid Milibandın sözlərinə istinad edib.

Bildirilib ki, Zaxarova Böyük Britaniyada hakimiyyətin ötürülməsi ilə bağlı istehzalı ifadə işlədərək, "Britaniyada taxt-tac varisliyi indi təkcə Vindzorlardan Vindzorlara deyil, həm də Milibandlardan Milibandlara qədər davam edir" deyib.

Qeyd olunub ki, bu həftə Endryu Börnhem Böyük Britaniyanın Baş naziri vəzifəsində Kir Starmeri əvəz edib və bundan sonra keçmiş Enerji naziri Ed Miliband Xarici İşlər naziri təyin olunub.

Məlumata görə, Ed Milibandın böyük qardaşı Devid Miliband 2007-2010-cu illərdə Böyük Britaniyanın xarici işlər naziri vəzifəsində çalışıb.

Yeni xarici işlər naziri Ed Miliband isə ilk beynəlxalq təmasını Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiha ilə həyata keçirib. O, görüş zamanı Böyük Britaniyanın Ukrayna xalqına "sarsılmaz və qətiyyətli dəstəyini" vurğuladığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən