Nikah üzüyü qadını xəstəxanalıq ETDİ

 13:01 23.07.2026     254

Moskva sakini nikah üzüyünə görə az qala barmağını itirmək təhlükəsi ilə üzləşib.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, qadın bağ evində hasardan tutaraq əlini çəkib. Bu zaman nikah üzüyü hasara ilişib və nəticədə onun barmağı demək olar ki, tamamilə kəsilib.

Qadın xəstəxanaya aparılıb və əməliyyat olunub.

Həkimlər bildiriblər ki, üzüyü kəskin şəkildə dartmaq onun barmaqdan çıxmasına deyil, yumşaq toxumaların sıxılmasına səbəb olur. Bu isə dəriyə, qan damarlarına, sinirlərə və vətərlərə zərər verə bilər.

Xəstə artıq reabilitasiyaya başlayıb. Bununla onun barmağının motor funksiyasının bərpa olunmasına kömək ediləcəyi gözlənilir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən