Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır - Quterreş

 23:48 23.07.2026     310

Yaxın Şərq getdikcə daha da gərginləşən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır. 

Redaktor.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

“Vəziyyət nəzarətdən çıxır, ağlasığmaz vəziyyətin astanasındayıq. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - deyə o bildirib.

BMT rəhbəri əlavə edib ki, geri addım atmağın vaxtıdır və qeyd edib ki, bu münaqişənin hərbi həlli yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən