Aİ ABŞ-dən yeni tariflərlə bağlı izahat tələb edəcək - Kallas
Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi yeni tariflərlə bağlı Vaşinqtondan aydınlıq tələb edəcək.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Onun sözlərinə görə, ABŞ-nin yeni tariflər tətbiq etməsi Brüssel üçün gözlənilməz olub.
“Amerika ilə razılaşmamız var idi və biz həmin razılaşmaya əməl etdik. Buna görə də razılaşmanın yerinə yetirilməməsi xoşagəlməz sürpriz oldu”, - deyə Kallas bildirib.
O, həmçinin məcburi əməyin qarşısının alınması sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI













