Venesuelada 28 gündən sonra dağıntılar altından üç nəfər xilas edildi

 16:29 24.07.2026     287

Venesuelada axtarış-xilasetmə qrupları 28 gün dağıntılar altında qalan üç nəfəri sağ olaraq xilas ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 24-də "SG News" portalı məlumat yayıb.

Həmin şəxslər ən ağır şəraitə baxmayaraq, təxminən bir ay ərzində tab gətirə biliblər. Onların xilas edilməsi, fəlakətdən dörd həftə keçməsinə baxmayaraq, uçqunları təmizləməyə davam edən fövqəladə hallar xidməti əməkdaşlarının fasiləsiz əməyi sayəsində mümkün olub.

Hadisə La-Quayra şəhərində baş verib. Belə ki, binaların çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalmışdı. Bütün bu müddət ərzində axtarış işləri dayandırılmayıb və əməliyyat nəhayət nəticə verib. Faciənin baş verdiyi ərazidə axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən