İordaniya İranın altı PUA-sını vurdu

 18:27 24.07.2026     258

İordaniya Hərbi Hava Qüvvələrinin qırıcıları gün ərzində ölkənin səmasına daxil olan İrana məxsus altı pilotsuz uçuş aparatını (PUA) vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Komandanlığın nümayəndəsinin "X" sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.

Qeyd olunub ki, PUA-ların məhv edilməsi əməliyyatı zamanı xəsarət alan olmayıb və heç bir zərər dəyməyib.

Həmçinin günün birinci yarısında krallıq səmasında İranın yeddi ballistik raketi də dəf edilib.

Vumart və Güvən reklamı Vumart Güvən