Zelenskidən narkotiklə bağlı suala gülərək reaksiya: "Əlbəttə ki, yox"

 21:14 24.07.2026     304

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Laura Lumerin narkotik istifadəsi ilə bağlı sualını təkzib edib.

Redaktor.az xəbər verir ki, müsahibə zamanı Lumer Zelenskidən kokain istifadə edib-etmədiyini soruşub. O, bu iddiaların Zelenskinin sabiq mətbuat katibi Yuliya Mendelin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə səsləndirildiyini xatırladıb.

Bloqer, həmçinin Zelenskidən Fransa Prezidenti Emmanuel Makronla birlikdə kokain qəbul etməsi barədə iddiaların doğru olub-olmadığını soruşub.

Bu sual Zelenskinin gülüşünə səbəb olub. O, iddiaları qəti şəkildə təkzib edərək, "Əlbəttə ki, heç vaxt. Əlbəttə ki, yox", – deyə cavab verib.

Bundan sonra Zelenski söhbətin mövzusunu dəyişərək amerikalı jurnalist Taker Karlsonu tənqid edib.

Qeyd edək ki, Yuliya Mendel may ayında Taker Karlsona verdiyi müsahibədə Zelenskinin narkotikdən istifadə etməsi ilə bağlı iddiaları "hamıya məlum sirr" kimi xarakterizə etmişdi. Onun sözlərinə görə, bu barədə şahid olduğunu deyən bir çox şəxslə danışıb və onların hamısı Zelenskinin kokain istifadə etdiyini iddia edib.

Mendel, həmçinin xatırladıb ki, Zelenski prezident seçkiləri kampaniyası dövründə rəqiblərinin ittihamlarını təkzib etmək məqsədilə könüllü şəkildə narkotik testi vermişdi. Lakin onun müraciət etdiyi klinikanın dostuna məxsus olduğu və test nəticələrinin tarixində uyğunsuzluq olduğu barədə iddialar da səsləndirilmişdi.

Zelenski isə bu iddiaları qəbul etmir və narkotik istifadə etdiyinə dair səsləndirilən fikirləri rədd edir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən