Tramp Aİ-ni yüksək idxal rüsumları ilə HƏDƏLƏDİ

 21:50 24.07.2026     359

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına (Aİ) qarşı yüksək idxal rüsumlarının tətbiq olunacağını və ABŞ texnologiya şirkətlərinə qarşı tətbiq edilən cərimələrin ləğvinə nail olacaqlarını bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O, Avropa İttifaqının ABŞ-ın texnologiya nəhənglərindən biri olan "Apple" şirkətinə tətbiq etdiyi cəriməni şərh edərək, Aİ-ni qanunsuz və etik normalara zidd davranışda ittiham edib.

"Avropa İttifaqı bu qanunsuz və tamamilə qeyri-etik davranışına görə çox ağır bədəl ödəyəcək. Mən onları bu barədə dəfələrlə xəbərdar etmişdim", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti bildirib ki, Avropa ölkələrinin tətbiq etdiyi cərimələr tamamilə ləğv edilməli və münasib vaxtda Avropa İttifaqından idxal olunan məhsullara yüksək gömrük rüsumları tətbiq olunmalıdır.

Tramp bu addımların ABŞ şirkətlərinin maraqlarının qorunmasına xidmət etdiyini qeyd edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən