Rusiya ilə sülh sazişini imzalamağa hazıram - Zelenski

 22:26 24.07.2026     321

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə amerikalı jurnalist Laura Lumerə müsahibəsində danışıb.

"Bəli, hazıram. Sülh sazişini imzalamaq üçün Oval kabinetə və ya Mar-a-Laqoya gəlməyə hazıram", – deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, görüşün harada keçiriləcəyi ABŞ Prezidenti Donald Trampın qərarından asılıdır.

O qeyd edib ki, sülh sazişinin imzalanması ilə bağlı yekun qərar və görüş yeri Tramp tərəfindən müəyyənləşdirilməlidir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən