Ermənistanlı deputat maaşından imtina etdiyini AÇIQLADI
Ermənistan Parlamentində “Güclü Ermənistan” Partiyasının üzvü Narek Karapetyan maaşından imtina edəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə erməni siyasətçi məhkəmənin həyətində jurnalistlərə açıqlamasında bildirib.
“Mən parlamentdə maaş almayacağam, imtina edəcəyəm. Bütün fraksiya isə mükafat pullarından (premiya) imtina edəcək”, – deyə Karapetyan vurğulayıb.
O, həmçinin, böyük ehtimalla, parlamentdəki fraksiyaya şəxsən rəhbərlik edəcəyini qeyd edib.
Parlamentin müxalifətdən olan vitse-spiker namizədinə gəlincə, Karapetyan bildirib ki, namizəd irəli sürüb-sürməyəcəkləri ilə bağlı hələlik yekun qərarları yoxdur.













