Tramp gələn həftə Vaşinqtonda Zelenski ilə görüşəcək - Ağ Ev
ABŞ prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, "Reuters"in yaydığı məlumata görə, Ağ Ev rəsmisi görüşün çərşənbə axşamı keçiriləcəyini bildirib.
Zelenskinin səfəri Trampın iş qrafikinin yekun təsdiqindən asılıdır.
Görüş ABŞ və Ukrayna rəsmilərinin Rusiya prezidenti Vladimir Putinə təqdim olunacaq hava məkanında atəşkəs təklifi üzərində işlədiyi vaxta təsadüf edir.
Bundan əvvəl oxşar təşəbbüslər Moskva tərəfindən rədd edilsə də, Ukraynanın son hücumlarının Rusiyaya təzyiqi artırdığı bildirilir.













