Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazilərinə zərbələr endirdi - 8 ölü, 14 yaralı

 13:00 25.07.2026     235

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye bölgəsinin Rusiyanın nəzarətində olan ərazisinə hava zərbələri nəticəsində 8 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Məlumatda bildirilir ki, zərbələr Melitopol şəhərinin Kirillovka qəsəbəsindəki turist bazasına endirilib. 

Ölənlərdən ikisi uşaqdır. 

Üçü uşaq olmaqla, daha 14 nəfərin yaralandığı bildirilir.

Yaralılara tibbi yardım göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən